Qadin.NET / Kraliçanın 31 min dollarlıq sevgi məktubu

Kraliçanın 31 min dollarlıq sevgi məktubu

 

Kraliçanın 31 min dollarlıq sevgi məktubu

Böyük Britaniya kraliçası II Yelizavetanın sevgi məktubu satışa çıxarılıb. Məktub 60 min lirə (31 min 650 manata) satılıb. ANS PRESS-in məlumatına görə, kraliçanın 1947-ci ildə evləndiyi həyat yoldaşı şahzadə Filipə ilk tanışlıqlarından sonra yazdığı iki səhifəlik məktub Viltşir şəhərində “Chippenham” muzeyindən adının açıqlanmasını istəməyən kolleksiyaçılardan biri tərəfindən satın alınıb.Kraliçanın 21 yaşında olarkən qələmə aldığı məktubunda yeni başlamaqda olan münasibətlərindən və Londonda gecə klublarından birində etdikləri rəqsin təəssüratlarından bəhs olunur.

 

“Sky News”un verdiyi məlumata görə,  Yelizaveta məktubu evlənməmişdən bir neçə ay əvvəl onları toyu ilə bağlı kitab yazan yazıçı Beti Şevə vermişdi. Kraliça və Şahzadə Filip 68 ildir evlidir.Bir neçə gün öncə kraliça 90 yaşını qeyd edib. Kraliça II Yelizaveta — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçasıdır.Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordudur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

Mənbə: ANS PRESS

25 aprel 2016
GO BACK