Qadin.NET / Saakaşvili vətəninə qayıdır

Saakaşvili vətəninə qayıdır

 

Saakaşvili vətəninə qayıdır

Mixeil Saakaşvili parlament seçkilərindən sonra Gürcüstana qayıtmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, Odessa vilayətinin qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili əmindir ki, onun "Vahid milli hərəkat" partiyasından olan komandası bu ilin payızında keçiriləcək parlament seçkilərində qalib gələcək. Bundan sonra o, vətənə qayıtmaq niyyətindədir."Burada iki qüvvə var: biri Bidzina İvanişvili ilə, ikinci isə mənimlə bağlıdır. Üçüncü qüvvədən söhbət belə getmir. Qalan hər şey imitasiyadır", - deyə sabiq prezident "Rustavi 2" telekanalının efirində bildirib.

 

Saakaşvilinin sözlərinə görə, o, seçkilərdən sonra vətənə qayıtmaq niyyətindədir, amma "Ukraynada missiyasını" atmayacaq. "Gürcüstan və ya Ukrayna deyiləsi bir seçim yoxdur, yalnız bir seçim var - vahid yaxşı gələcək", - deyə o, bildirib. "Vahid milli hərəkat" partiyası Gürcüstanda doqquz il fəaliyyət göstərib. 2012-ci il seçkilərindən sonra isə hakimiyyətə "Gürcü arzusu" koalisiyası gəlib. Onun rəhbəri milyarder Bidzina İvanişvilidir. İvanişvili koalisiyanın qələbəsindən sonra bir müddət baş nazir postunu da tutub. Lakin müxalifət iddia edir ki, hətta, o, siyasətdən gedəndən sonra da ölkəni dolayı yola idarə edib

Mənbə: ANS PRESS

25 aprel 2016
GO BACK