Dünya şöhrətli müğənni Prinsin cəsədi ölümündən 48 saat sonra yandırılıb. Axşam.Az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşında qəfil ölümü ilə dünyanı şoka salan pop ulduzun meyitinin küllərinin saxlanacağı yer gizlədilir. Prinsin mətbuat katibi Anna Mikam "Ailəsi, dostları və komandasındakı musiqiçilər, yəni ən sevdiyi insanlar gözəl bir mərasimlə onunla vidalaşdılar", - deyə açıqlama verib. Xatırladaq ku, evinin liftində cəsədi tapılan Prinsin ölüm səbəbi hələlik bilinmir. Müstəntiq Olson bu yaxınlarda verdiyi açıqlamada dünya ulduzunun intihar etmədiyini və üzərində hər hansı zorakılıq əlamətlərinin olmadığını söyləmişdi. Prinsin ölümünün dəqiq səbəbi tibbi ekspertizanın nəticələri açıqlandıqdan sonra bilinəcək.
Mənbə: Milli.Az