Qadin.NET / Düşmən seçimini etdi - MÜHARİBƏ

Düşmən seçimini etdi - MÜHARİBƏ

 

Düşmən seçimini etdi - MÜHARİBƏ

Bu gecə cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə tənzimlənməsi ilə bağlı Ermənistan rəhbərliyinin bəyanatlarına və açıqlamalarına əsla inanmaq olmaz. Biz bunu zatən bilirik, indi məsələ olayı Rusiyanın anlamasındadır. Çünki aprelin 1-də Dağlıq Qarabağda "dördgünlük müharibə" başlayandan və ən başlıcası, ermənilərin məğlubiyyəti ilə başa çatandan sonra Rusiya bütün səviyyələrdə imkanlarını işə salaraq münaqişə tərəflərinə təsir etməyə çalışdı.

 

Rəsmi Moskva belə dedi: əvvəl Rusiya prezidenti Vladimir Putin çox ehtiyatla seçilmiş ifadələrdən yararlanaraq Dağlıq Qarabağ münaqişəsində hərbi həllin olmadığını söylədi, sonra Rusiyanın baş naziri Dmitri Medvedyev əvvəl İrəvana, sonra Bakıya səfərlər edərək nizamlanma yollarını müzakirə etdi, sonda da Rusiyanın XİN başçısı Sergey Lavrov danışıqlar apardı.Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün ATƏT-in yaratdığı Minsk Qrupunda həmsədr üç ölkədən biri olan Rusiya indi təşəbbüsü ələ almaq, danışıqlarda əsas moderator olmaq və sülhü bərqərar edəcək dövlət statusuna yiyələnmək istəyir.Rusiya rəhbərləri Azərbaycana ünvanlanmış açıqlamalarında Bakını "danışıqlar prosesində qarşılıqlı güzəştlərə hazır olmağa" çağırırlar.

Güzəşt və kompromis mövqelərdən geri çəkilmə, əldə olunanların əldən verilməsi deyil və Bakı da bunu açıq bəyan edir.
Danışıqların baş tutmamasının yeganə səbəbkarı Ermənistandır və rəsmi Moskva da bunu etiraf etmirdi.Amma dünən gecə cəbhə xəttində yaşananlar işğalçının sakitləşmədiyini, daha doğrusunu, düşüncə tərzini, şüurunu dəyişmədiyini və məqsədlərinin də yalnız Azərbaycan ərazilərini ələ keçirmək olduğunu göstərdi.Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.

Mənbə: Milli.Az

25 aprel 2016
GO BACK