Qadin.NET / "Lavrovla Sarkisyan arasında görüş çox gərgin olub"

"Lavrovla Sarkisyan arasında görüş çox gərgin olub"

"Lavrovla Sarkisyan arasında görüş çox gərgin olub"
Ötən gün - aprelin 22-də İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş çox gərgin keçib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın "İzvestiya" qəzeti yazıb. Qəzet bunu İrəvandakı səfirliyə istinadla bildirib. Dağlıq Qarabağ məsələsinin ağırlığını nəzərə aldıqda bunun çox təəccüblü olmadığını demək olar. 
Səfirlik diplomatik nümayəndəliyin işləməsinin çox çətinləşdiyini deyib. Bu isə Moskvanın Rusiya mövqeyini təbliğ edəcək erməni QHT-lərini artıq maliyyələşdirməməsi ilə izah edilir. "ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur.Artıq işləmək çox çətindir. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar. Onlar dördgünlük müharibədə gənclərini itiriblər".

Qəzet yazıb ki,  Ermənistan ərazisində Rusiya və ABŞ-ın təsir dairəsi uğrunda savaş gedir. Amerika tərəfi arada Moskvaya qarşı olan etiraz aksiyaları təşkil etməyə nail olur.Bundan başqa ermənilər Ermənistanda Rusiyanın iki hərbi bazası - Gümrüdəki 102-ci baza və İrəvanın Erebuni rayonundakı aviasiya bazası olmasına baxmayaraq Dağlıq Qarabağdakı döyüşlər zamanı onlara kömək etməməsindən narazıdırlar. "Bizim əsgərlərimiz öldü. Bunlar baş verəndə Rusiya harada idi?"Ötən gün baş tutan Lavrov Sarkisyan görüşü zamanı əsas müzakiə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi olub. Rusiya XİN rəhbəri deyib ki, ölkəsi və Ermənistan Minsk qrupuna alternativin yaradılmasının əleyhinədir. "Biz paralel kanallar axtarışı cəhdlərini, tərəflərin etibarını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, əsas məsələdən - təhlükəsizliyin təminatı, yeni qurbanların olmasına imkan verməmək və siyasi prosesin bərpası şərtlərini yaratmaq fikrindən yayındıracaq".

Mənbə: ANS PRESS

23 aprel 2016
GO BACK