Səfərdən əvvəl ermənilər az qala Sergey Lavrovu “düşmən” kimi qələmə verirdilər. Ermənistan mətbuatında hər iki məqalədən birində Lavrova və onun Qarabağa aid planlarına qarşı sətirlər öz əksini tapırdı. Həmçinin, səfər ərəfəsində uzun illərdir ki, müzakirə olunmayan Kazan sənədləri gündəmə gəldi.Səfərdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova açıqlama verdi ki, Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir. Həmçinin, bu gün Rusiya mətbuatında Lavrov İrəvana əliboş getməməsi və Sarkisyanla gərgin görüşlər keçirdiyi barədə məqalələr dərc edilib. “Kommersant” qəzeti yazır ki, Lavrov özü ilə hansısa bir sənəd aparıb və sənəd “Madrid prinsipləri”indən kəskin fərqlənmir.
Mənbə: ANS PRESS