Qadin.NET / Mayk Tayson "Prins" oldu

Mayk Tayson "Prins" oldu

Mayk Tayson "Prins" oldu
Əfsanəvi boksçu Mayk Tayson dünyasını dəyişmiş ifaçı Prinsin ailəsinə və yaxınlarına qeyri-adi formada başsağlığı verib. ANS PRESS-in məlumatına görə, super ağırçəkili sabiq dünya çempionu fotokollaj ilə müğənninin xatirəsini yad edib. Boksçu şəkli "tvitter" hesabında paylaşıb.

"Bütün dünya kimi mən də üzülürəm, amma sənin ruhunu sənin musiqinlə yad edirəm", - Tayson paylaşdığı şəklə şərh yazıb. Fotokollaj üçün Tayson ifaçının 2-ci albomunun üzlük şəklindən istifadə edib.  Həmin albom müğənninin öz adı ilə adlandırılıb. Amma  boksçu albomun adını dəyişərək "Printhe" qoyub.  Bununla da idmançı, görünür, özünün nitq qüsurları ilə zarafat  edib. Ötən gün Amerika pop-musiqisinin banilərindən biri hesab olunan əfsanəvi müğənni Prins 57 yaşında dünyasını dəyişib. İfaçı Minnesota ştatının Minneapolis şəhərindəki evində ölü tapılıb. Müğənninin ölüm səbəbi məlum deyil.  Sosial şəbəkədə dünya şöhrətli şou-biznes nümayəndələri Prinsin ölümü ilə bağlı başsağlığı veriblər.

Mənbə: ANS PRESS

 

23 aprel 2016
GO BACK