Qadin.NET / Yayla bağlı qorxudan proqnoz

Yayla bağlı qorxudan proqnoz

Yayla bağlı qorxudan proqnoz
Bu il dünyanı rekord dərəcədə istilərin qeydə alınacağı yay gözləyir. ANS PRESS-in məlumatına görə, yazın ilk ayı olan mart indiyə qədərki ən qızmar mart rekordunu yeniləyə bilib. Amerikalı elm adamları yay üçün pqronozlarını məhz bu rekorddan sonra yenidən veriblər. 

NASA rəsmisi olan Gavin Şmit bu yayın 1800-cü ildən sonra ən qızmar yay olmasının gözlənildiyini deyib. O, elmi araşdıma və ölçmələrin nəticələrini qiymətləndirib.  NASA rəsmisi verilən proqnozların 99 fazi reallığı əks etdirəcəyini deyib. NASA nəzdində araşdırma aparan elm adamları 2016-cı ildə gözlənilən istilik rekordlarını müəyyən etmək üçün bu aya kimi müşahidə edilən göstəricilərin kifayət olduğunu bildiriblər. 

Mənbə ANS PRESS

23 aprel 2016
GO BACK