Qadin.NET / Bu gün uşaq Türkiyə prezidenti olacaq

Bu gün uşaq Türkiyə prezidenti olacaq

Bu gün uşaq Türkiyə prezidenti olacaq
Bu gün Türkiyədə “23 aprel Milli Suverenlik və Uşaq Bayramı”dır (23 nisan Ulusal Egemenlik ve Çocuk bayramı). ANS PRESS-in məlumatına görə, bu ölkədə keçirilən “23 aprel” dünyada qeyd olunan ilk uşaq bayramıdır. 
“Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk, bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsini başladıb. Bu çərçivədə keçirilən 23 aprel (23 nisan) tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyurlar.
Qeyd edək ki, hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər merləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları (rəhbərləri) öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.Bu bayram, Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının ildönümündə qeyd edilən 23 aprel Milli Bayramı və “Himayə-i Ətfal” (Tifillərin(uşaqların) Himayəsi) cəmiyyətinin qeyd etdiyi 23 aprel Uşaq bayramının birləşməsindən yaranıb.   1980-ci il sentyabrın 12-də Baş qərargah rəisi general Kənan Evrenin başçılığı ilə həyata keçirilən hərbi dövlət çevrilişindən sonra yaranan Milli Təhlükəsizlik Şurası bu bayramı rəsmi olaraq “23 aprel Milli Suverenlik və Uşaq Bayramı” adlandırıb.Uşaq bayramının məqsədi müharibədə yetim qalan yoxsul uşaqların bir yaz şənliyi mühitində sevinməsini təmin etmək olub. Türkiyə Radio Televiziyası (TRT) qurumu, UNESCO-nun 1979-cu ili uşaq ili elan etməsindən sonra “TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi” tədbirlərinə start verərək bayramı beynəlxalq səviyyəyə çatdırıb. Bu gün həmin bayram dünyanın müxtəlif ölkələrindən olan uşaqların iştirakı ilə keçirilir.Bayram, Türkiyənin digər ölkələrdəki səfirliklərində, konsulluqlarında və nümayəndəliklərində də qeyd edilir.      

Mənbə: ANS PRESS

 

23 aprel 2016
GO BACK