Qadin.NET / ABŞ-dan fərqli Qarabağ bəyanatı

ABŞ-dan fərqli Qarabağ bəyanatı

ABŞ-dan fərqli Qarabağ bəyanatı
ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib. ANS PRESS-in məlumatına görə, əvvəlki versiyada bildirilirdi ki, “Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib  və birmənalı olaraq danışıqlar prosesinə dönüşün vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.

Düzəlişdən sonra BMT sözü ATƏT sözü ilə əvəz edilib.Əvvəlki versiyada C. Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.

Mənbə: ANS PRESS

 

22 aprel 2016
GO BACK