Qadin.NET / Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün İrəvana səfər edib

Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün İrəvana səfər edib

 

Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün İrəvana səfər edib

Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparmaq üçün İrəvana iki günlük səfər edib.  APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müəyyən təkliflər irəli sürəcək."Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir", - deyə Rusiya Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib."Söhbət müəyyən cızma-qaralardan, nizamlanmaya dair müxtəlif ideyaların müzakirəsində gedir. Lakin bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur", deyə Zaxarova bildirib.

 

Mənbə: Milli.Az

22 aprel 2016
GO BACK