Ermənistan Prezidenti Serj Sərkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.Qəzetin yazdığına görə, Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında gizli və sürətli proseslər gedir. "Ermənistan və Azərbaycan mətbuatında Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllini birbaşa öz nəzarətinə götürməsi haqda məlumatlar yayılır. Gözlənildiyinə görə, yaxın günlərdə fəal danışıqlar başlanacaq. Bəzi məlumatlara əsasən, Serj Sərkisyan Dağlıq Qarabağa da məhz buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sərkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir", - qəzet belə yazır.Erməni ekspertlərinin fikrincə, Sərkisyan bu müraciətdə münaqişənin həlli variantlarını və ərazilərin qaytarılması məsələsindən danışacaq. Belə ki, o, münaqişənin həlli ilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.
Mənbə: Milli.Az