Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində istismara yararsız olan bir neçə yaşayış binası sökülərək yerində çoxmərtəbəli binalar tikiləcək. Sakinlər isə həmin binalarda mənzillə təmin olunacaqlar. İşlərə yaxın vaxtlarda başlanılacaq.
Köhnə yaşayış binaları sökülərək yerində hündür mərətəbəli binalar tikiləcək.Söhbət Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 86 ailənin yaşadığı bir neçə binadan gedir. İlkin mərhələdə qəsəbənin Əhməd Mehbalıyev küçəsində olan köhnə binalar söküləcək.Şöbə müdirinin sözlərinə görə, yaşayış binalarının tikintisini tendərdə qalib olan şirkətlər aparacaq. Sakinlərin kirayə pulu isə müqaviləyə əsasən həmin şirkətlər tərəfindən ödəniləcək.Sakinlər isə İcra Hakimiyyətinin verdiyi təkliflə razılaşmır, evlərin istismara yararlı olduğunu deyir.Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtın bir sıra rayonlarında qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi nəzərdə tutulub.Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.
Mənbə: Milli.Az