Son günlər “WhatsApp”dan gələn mesajlarla bağlı diqqətli olun. ANS PRESS-in məlumatına görə, çoxları ardıcıl olaraq “WhatsApp”dan aldığı spam mesajlardan şikayətçidir. Bu spam mesajların mənbəyində bir virusun olduğu ortaya çıxıb. Məlum olub ki, bu mesajı oxuyan şəxslərin telefonunda olan bütün informasiyalar avtomatik olaraq kopyalanır. Bunun qarşısını almağın yeganə yolu mesajı aldığınız andan etibarən oxumadan silməyinizdir.İstifadəçilərin saxtakarların tələsinə düşməsinin əsas səbəbi isə mesajı göndərən adamın kim olduğuna baxmamalarıdır. Troyan virusu sizə səsli, yazılı, foto və ya video halında gələ bilər. Tanımadığınız şəxslərdən bu tipli anlaşılmaz mesajlar aldığınız zaman mesajı silib həmin şəxsi əngəlləməyiniz lazımdır. Əlbəttə, tanıdığınız insanlardan gələn mesajlara da diqqətli yanaşmağınızda fayda var. Çünki dostlarınız arasında hesabı troyanlar tərəfindən istifadə edilən insanlar ola bilər.
"WhatsApp" vasitəsilə göndərilən zip qovluqları kompüterlərinizdə açmazdan əvvəl antivirusla yoxlamağınız məsləhətdir.Görünür, “WhatsApp”ın bir müddət öncə mesajların şifrələnməsi yeniliyi bir işə yaramayıb. Şirkət göndərilən və alınan mesajların təhlükəsizliyini təmin etmək üçün şifrələnmə yeniliyini tətbiq edib. Bildirilib ki, bu yenilik sayəsində mesajlar heç bir haker tərəfindən sındırıla bilməz.
Mənbə: ANS PRESS