Nazir qeyd edib ki, bu rəqəm öz biznesinə başlayan sahibkarlara aid deyil: "Amma elə ali məktəblər var ki, bu rəqəm daha yüksək, elə ali məktəblər var ki, daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm də iqtisadiyyatdan, iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm də bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz daha keyfiyyətli sifarişə cavab vermək iqtidarında olacaq.Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələri istehsal etsin. Ən yaxşı halda əmək bazarına buraxdığımız mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır".
Mənbə: Milli.Az