Qadin.NET / Amerikalı konqresmen Ermənistanı tənqid etdi

Amerikalı konqresmen Ermənistanı tənqid etdi

Amerikalı konqresmen Ermənistanı tənqid etdi
ABŞ Konqresinin üzvü Montana ştatını təmsil edən Rayn Zinki aprelin 18-də Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanatla çıxış edib.

Milli.Az bildirir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision-a verilən xəbərə görə, onlarla insanın ölümü ilə nəticələnən Ermənistan və Azərbaycan arasındakı son toqquşmalar ilə əlaqədar narahatlığını ifadə edən konqresmen Zinki bu eskalasiyanın Azərbaycan prezidenti İlham Əliyevin vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşləri ilə yadda qalan uğurlu Vaşinqton səfərindən dərhal sonra baş verdiyini vurğulayıb.Konqresmen Zinke, həmçinin bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu və Ermənistan və Azərbaycan arasında baş vermiş son eskalasiyanın yatırılmasının beynəlxalq və regional təhlükəsizlik aspektindən vacib olduğunu ifadə edib.Daha sonra o, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfələrini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycan da daxil olmaqla regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması ilə bağlı təəssüfünü bildirib.Sonda konqresmen Zinki bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə aqressiyaya məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirmək ilə əlaqədar çağırış edib.

Mənbə: Milli.Az

 

20 aprel 2016
GO BACK