Qadin.NET / Cəbhəyanı bölgələrdə erməni silahları susmur

Cəbhəyanı bölgələrdə erməni silahları susmur

Cəbhəyanı bölgələrdə erməni silahları susmur
Ermənistan silahlı birləşmələri atəşkəsə dair razılaşmanın əldə olunmasına baxmayaraq Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrini atəşə tutmağa davam edir. ANS-in Qarabağ bürosunun məlumatına görə, Tərtərincəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndinin sakinləri bu vəziyyətin dolanışığı əkinçilik və maldarlıq olan əhalinin güzəranına mənfi təsir göstərdiyini bildirib. Kənd sakini Müşfiq Əsgərov deyir ki, bir neçə gündür mal-qaranı otlaq sahəsinə çıxara bilmir. Qarşı tərəf əkin sahələriniə çıxan sakinləri hədəf alır.“Malı elə küçələrdə hərləyirik, sahəyə çıxmaq mümkün deyil, ermənilər atır. O küçədə bu küçədə hərləyirik yalandan. Əsəsən plemyotlar idi. TŞK, PK xırda silahlar idi bu gecə. Amma ondan qabaqkı gecə görürdün ki, iri silahlardan minomyotun balacasından atırdılar.” – deyə Qapanlı sakini Müşfiq Əsgərov bildirib.    Evinə top mərmisi düşən Abbas dayı isə deyir ki, ancaq həyətyanı sahədə əkib becərmək məcburiyyətindədir. Aidiyyəti qurumlar tərəfindən evinin qəzalı olduğu qeydiyyata alınsa da hələlik nə zaman bərpa olunacağı ilə bağlı məlumat verilməyib. Bir neçə gün əvvəl isə onlara dağılmış dam örtüyünü müvəqqəti əvəz etmək üçün çadır verildiyini deyir.“Respublika Bərpa Agentliyindən gəliblər, Fövqəladə Hallardan gəliblər, iki də ondan başqa təşkilat idi adları yadımda qalmayıb. Çadır veriblər. Burda o evdə yaşamaq mümkün deyil o köhnə evimizdə yardımçı təsərrüfatda yaşayırıq.” – deyə kənd sakini Abbas Abbasov bildirib.    Kənndə olduğumuz müddət ərzində isə nisbətən sakitlik olduğundan təhlükəsiz sahələrdə isə sakinlərin əkin biçinlə məşğul olduğunun şahidi olduq.Kənd icra nümayəndəliyindən  əldə etdiyimiz məlumata görə evləri tamamilə dağılmış ailələrə çadırlar  Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə ofisi  tərəfindən verilib. Onlardan 7-si Qapanlı, biri isə Yuxarı Qaradağlı kəndində yaşayan ailələrdir. Hazırda da dəymiş ziyanın miqdarı dəqiqləşdirilir. Ərazilərin yenidən qurulması və bərpası üzrə agentlikdən əldə etdiyimiz məlumata görə isə yaxın 5 gün ərzində Qapanlıda tikinti işlərinin başlanması gözlənilir. 

Mənbə: ANS PRESS

 

20 aprel 2016
GO BACK