Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.N.Arpadarai bildirib ki, xaricdə təbliğat işləri həyata keçirilir, könüllülərin təlimləri aparılır.Onun sözlərinə görə, Qran-Pri üçün biletlərin satışı da normal şəkildə davam edir: "Biletlər əsasən xarici ölkələrdən alınır. Bildiyiniz kimi, Qran-Pri çərçivəsində konsert proqramında 3 dünya ulduzu çıxış edəcək və Qran-Priyə bilet alanlar həmin konsertlərə giriş əldə edəcəklər. Ulduzların iştirakı elan olunandan sonra həm xaricdən, həm də daxildən biletlərə maraq daha da artıb".N.Arpadarainin sözlərinə görə, indiyə qədər satılan biletlərin 65 faizi xaricdən alınıb: "Bilet satışında çox pozitiv bir tendensiya var. Xaricdən biletlərə maraq Avropa ölkələrindən - Böyük Britaniyadan, Niderlanddan, Ukraynadan, Rusiyadan, həmçinin Ərəb ölkələrindən çoxdur".
Mənbə: Milli.Az