Milli.Az Azərtac-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli fərmanının icrası ilə əlaqədar qərara alıram:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, в„– 11, maddə 666; 2001, в„– 7, maddə 459; 2003, в„– 10, maddələr 546, 571; 2004, в„– 8, maddə 617, в„– 12, maddə 1005; 2006, в„– 9, maddə 743; 2008, в„– 8, maddə 719; 2009, в„– 4, maddə 226, в„– 8, maddə 630; 2010, в„– 7, maddə 606; 2011, в„– 6, maddə 510; 2012, в„– 5, maddə 423, в„– 11, maddə 1079; 2014, в„– 9, maddə 1043; 2015, в„– 2, maddələr 110, 140, в„– 6, maddə 707, в„– 10, maddə 1116; Azərbaycan Respublikası prezidentinin 2016-cı il 16 mart tarixli 835 nömrəli fərmanı) 2-ci hissəsinin on altıncı abzasında "27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində (ikinci halda)" sözləri "4-cü maddəsinin 24-cü bəndində (kənd təsərrüfatı texnikası üçün xüsusi məhsullara münasibətdə), 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda), VII, XI, XII və XVI hissələrində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində, 33-cü maddəsinin III hissəsində (ikinci halda), 35 maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində, V hissəsinin birinci cümləsində, VII və X hissələrində" sözləri ilə əvəz edilsin, "səlahiyyətlərini" sözündən sonra "kənd təsərrüfatı texnikasına münasibətdə" sözləri əlavə edilsin".
Mənbə: Milli.Az