Milli.Az Faktxəbər-ə istinadən bu vergilərin bir neçəsini oxuculara təqdim edir.
Avstriya: Gips vergisi
Avstriyada 2013-cü ildə gips uçun vergi nəzərdə tutan qanun qəbul edilib. İndi xizəksevər turistlər tibb vergisindən əlavə, bu qeyri-adi vegini də ödəməli olacaqlar. Qeyd edək ki, Avstriyada ildə müxtəlif zədələrə görə gipsdə gəzən insanların sayı 150 000 nəfər təşkil edir.
İtaliya: kölgə vergisi
İtaliyanın Venesiya şəhərində dövlət tərəfindən obyektlərin icarəsindən əlavə, oraya duşən kölgə üçün də vergi alınır. Qanun qəbul edildikdən sonra talvarlar, örtülər və çətirlər şəhərin mağazalarından sürətlə yox olmağa başlayıb. Nəticədə şəhərin gözəlliyi daha çox gözə çarpmağa başlayıb.
İspaniya: günəş vergisi
2001-ci ildə İspaniyanın Balear adalarında günəş üçün vergi vacib olub. Qanun qəbul edildikdən sonra turistlər yağışlı havada günə 1 avro vergi ödəməli olur.
Qeyd edək ki, günəş vergisi dövlət büdcəsinə illik 100 milyon dollar gəlir gətirir.
Belçika: kabab vergisi
Belçikada kabab həvəskarları rahat kabab bişirə bilmir. 2007-ci ildən etibarən ölkədə qlobal istiləşməyə qarşı mübarizə məqsədi ilə hər kabab bişirmək üçün 20 avro məbləğində vergi vacib edilib. Dövlət nümayəndələrinin fikrincə, kabab bişirmə zamanı atmosferə karbon qazı atıldığı üçün kababçılar öz piknikləri ilə iqlim dəyişikliklərinə səbəb ola bilər.
Qeyd edək ki, kabab bişirənlər dövlət tərəfindən təyin edilmiş xüsusi helikopterlər vasitəsi ilə diqqətlə izlənilir.
ABŞ: tatu və pirsing vergisi
ABŞ da öz maraqlı vergisi ilə dünyanı təəccübə gətirə bildi. Belə ki, hər tatu və pirsing vuran vətəndaş tatuya verdiyi məbləğin 6%-nı dövlətə ödəməlidir.
Bu vergi vasitəsi ilə dövlət yaxşı gəlir əldə edir çunki hər üçüncü Amerika vətəndaşının tatu ya da pirsingi var.
Qvineya: əmin-amanlıq vergisi
Qərbi Afrikada yerləşən Qvineya respublikasında hakimiyyət ölkədəki sülh və barışığı qoruyub saxlaya bilsin deyə əmin-amanlıq vergisi tətbiq edilir. Ölkədə heç bir müharibə getməməsinə baxmayaraq ölkənin vətəndaşları əmin-amanlıq üçün hər il 20 dollar ödəməli olur.
Kuba: dollar vergisi
12 ildir ki, ABŞ tərəfindən Kubaya sanksiya tətbiqinə cavab olaraq Fidel Kastro ABŞ dolları ilə mübadilə əməliyyatları üçün 10% vergi vacib edib. Camaatın ciddi narazıçılığı heç nəyi dəyişdirə bilməyib. Yalnız bu il Obamanın ölkəyə səfər etdiyi üçün Kuba hakimiyyəti verginin ləğv edəcəyi barədə söz verib.
Mənbə: Milli.Az