Onun sözlərinə görə, hazırda respublikanın 5-6 kəndi istisna olmaqla, demək olar, bütün yaşayış məntəqələri rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.İ.Məmmədov qeyd edib ki, rəqəmsal TV siqnalının əhatə dairəsinin ölçülməsi üzrə aparılmış son monitorinqlər göstərdi ki, yalnız 5-6 kənd rəqəmsal TV ilə əhatə olunmayıb və bununla əlaqədar əlavə avadanlıq quraşdırılacaq: "Analoq yayımın dayandırılması ümumi qərardır və fikrimizcə, ölkədə rəqəmsal yayım standartına tam keçid bu ilin sonunda baş verəcək".
Mənbə: Milli.Az