Milli.Az deyerler.org-a istinadən bildirir ki, İKT mütəxəssisi Ramin Orucov deyib ki, Wi-Fi şüalarının dəqiq olaraq ziyanının olub-olmaması ilə bağlı ciddi elmi araşdırmalar yoxdur: "Wi-Fi üçün ayrılmış tezliklər alimlər tərəfindən müxtəlif araşdırmaların nəticələri olaraq ortaya çıxarılıb. Alimlər dəqiq araşdırıblar ki, hansı tezlik insan orqanizminə nə qədər təsir edir. Əgər kütləvi satışa buraxılan Wi-Fi tezliklərində ciddi ziyan vura biləcək şüalanmalar olsaydı ümumiyyətlə bütün dövlət strukturlarında qadağan olardı. Bu gün Wi-Fi-ın qadağan olunduğunu müşahidə etmirik, əksinə bunun geniş satışını görürük, hУ™tta heç bir qadağan edici bir səbəb görə bilmirik.Əks halda bütün dövlətlər bunun qarşısını alardı. İnsanlar əgər psixoloji olaraq özünə təlqin etsə ki, Wi-Fi şüası onun sağlamlığına ziyandır, onda bu psixoloji faktor olaraq eyni nəticəni verə bilər. Amma bu gün Wi-Fi şüası səbəbindən epidemik qlobal bir fəlakətin baş verdiyini görmürük. Bu cür ziyanlı təsirlər telefon operator mərkəzlərində çalışan insanlar üçün real ola bilər. Onların mУ™rkУ™z şəbəkələri var və orada işləyən insanlarda deyilən şüalanmaların olduğu ehtimal edilə bilər.
Hətta sovet vaxtında AzTV-də işləyən insanlara ziyana qarşı gündə bir stəkan süd də verirdilər. Orada güclü radiasiya mənbəyi yarada biləcək texnoloji avadanlıqlar ola bilər. Amma evlərdə olan Wi-Fi-ların şüaları ciddi ziyanlı amil kimi qəbul etmək olmaz".
Genetik Eldəniz Bayramov deyib ki, Wi-Fi şüası əsasən sinir sisteminə və qan dövranına təsir edir: "Ümumiyyətlə bilmək lazımdır ki, şüanın elə dozaları var ki, o həddən artıq olan vaxt məxsusən hamilə qadınlara çox neqativ təsir edir. Kimiyəvi şüalar müxtəlif insanlarda müxtəlif cür təsir göstərir. Belə ki, yetkinlik yaş dövrünə çatmayan insanlarda bu daha çox özünü göstərir. Əsasən sinir sisteminə, qan dövranının pozulmasına öz təsirini qoyur.
Bu şüaların təsirinin artıb azalması müəyyən proseslərdən asılıdır. Buraya şüa mənbəyindən hansı məsafədə oturmağın, immun sisteminin necə inkişaf etməsi, hansı yaş dövründə olmağın birbaşa təsir edən amillərdəndir".
Mənbə: Milli.Az