Qadin.NET / Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidir

Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidir

Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidir
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti başa çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin bağlanış mərasimində çıxış edib.

Sonra Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə mətbuat konfransı keçiriblər.Baş katib İstanbul Sammitinin nəticələri, İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyət istiqamətləri, təşkilatın qarşıya qoyduğu vəzifələrdən danışıb.Sammitin nəticələrini yüksək qiymətləndirən Ərdoğan İƏT-in strukturunda təkmilləşdirmə işlərinin aparılmasının təşkilatın gələcək fəaliyyəti üçün önəm daşıdığını söyləyib.Sammitdə müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Ərdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib.İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

Mənbə: ANS PRESS

 

16 aprel 2016
GO BACK