Qadin.NET / Ərdoğan İƏT-ə borcu olmayan ölkələri açıqladı - Azərbaycan da var

Ərdoğan İƏT-ə borcu olmayan ölkələri açıqladı - Azərbaycan da var

 

Ərdoğan İƏT-ə borcu olmayan ölkələri açıqladı - Azərbaycan da var

Türkiyə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) 2 milyon dollar bağışlayacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu qurumun 13-cü sammitinin qapanış toplantısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan toplantıda təşkilata üzv ölkələrin üzvlük haqqı barədə də danışıb. O deyib ki, bəzi ölkələrin ödəniş ilə bağlı problemləri var. Baş katibliyə ödənilməsi gərəkən rəqəm 160 milyon dollardır. 

 

"Bizim dinimizdə, inancımızda yardım gizli olur. Lakin fərz olanlar açıqdır ki, başqalarını da buna təşviq etsin. Biz büdcəmizi güclü etmək üçün bəzi addımlar atmalıyıq. 56 üzv ölkədən hazırda borcu olmayanların sayı 20-dir. Onların arasında Əfqanıstan, Azərbaycan, Əlcəzair, Bəhreyn, İndoneziya, İraq, Qazaxıstan, Küveyt, Malayziya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sairə var". Ərdoğan deyib ki, qalan ölkələrin ödənişlə bağlı çətinlikləri var.

"160 milyon dolların olmadığı bir büdcə düşünün. Bu büdcə ilə nə qədər fəal iş görmək olar?"İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin sonunda 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib. Türkiyə prezidenti toplantıda daha sabit bir dünya üçün müzakirələr aparıldığını deyib. Sammit yekunlaşdıqdan sonra dövlət başçılarının bir hissəsi Ərdoğanla birlikdə Dolmabaxça məscidində cümə namazı qılıblar. 

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Ötən gün o, təşkilatın XIII sammitinin birinci sessiyasında çıxış edib. 

Bu gün isə dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb. 

İ.Əliyev və Ərdoğan arasında keçirilən görüşdə bir sıra ikitərəfli məsələlər, o cümlədən Qarabağda son döyüşlər müzakirə edilib

Mənbə: ANS PRESS

15 aprel 2016
GO BACK