Milli.Az Report-a istinadən bildirir ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.
Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi Рѕrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Mənbə: Milli.Az