Qadin.NET / Azərbaycana yeni ikimərtəbəli qatarlar gəlir

Azərbaycana yeni ikimərtəbəli qatarlar gəlir

 

Azərbaycana yeni ikimərtəbəli qatarlar gəlir

Rusiya üçün nəzərdə tutulan 5 ikimərtəbəli qatar Azərbaycana satılıb. ANS PRESS-in məlumatına görə, bu barədə İsveçrənin "Stadler Rail" şirkətinin mətbuat xidmətinin rəhbəri Marina Vinder bildirib.Onun sözlərinə görə, qatarlardan 3-ü ötən il I Avropa oyunları ərəfəsində ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərəncamına verilib. Digər ikisi isə bu yaxınlarda ölkəmizə gətiriləcək.

 

QSC-nin sərnişindaşıma departamentinin rəis müavini Mədət Şixəmirovun ANS PRESS-ə verdiyi məlumata görə, iki ikimərtəbəli qatar gələn ay ölkəmizə gətiriləcək: “Biz 5 qatar almışıq. Üçü Birinci Avropa oyunları zamanı gətirilib, ikisi isə may ayında gətiriləcək. Həmin qatarlar da Sumqayıt istiqamətində işləyəcək”.Əslində, 5 qatarla birlikdə İsveçrənin "Stadler Rail" şirkəti 25 ikimərtəbəli sürətli elektrik qatarlarını Rusiyanın "Рђeroekspress" şirkətinə satmalı idi. Lakin 2014-cü ildə bu iki şirkət arasında 25 ikimərtəbəli sürətli elektrik qatarlarının ödənişində çətinliklər yaranıb.

Mənbə: ANS PRESS

15 aprel 2016
GO BACK