Son zamanlar “WhatsApp”ın yeni şifrələnmə funksiyasını tətbiq etməsi çoxlarında sual yaradıb. Hər kəs bunun nə işə yaradığı ilə maraqlanır. ANS PRESS-in məlumatına görə, “WhatsApp” artıq göndərdiyiniz bütün mesajları, şəkilləri, səs yazmaları şifrələyib. Belə ki, göndərdiyiniz ismarışlar heç bir üçüncü şəxs tərəfindən sındırıla bilməyəcək. Hətta şirkətin özü belə göndərdiyiniz mesajları görmək imkanlarına sahib olmayacaq.Şifrələnmiş yeni sistem iOS, Android, Blackberry, Windows ve Nokia istifadəçilərinə tətbiq edilib. Şirkət şifrələnmə tətbiqi üçün "Open Whisper Systems"in inkişaf etdirdiyi "The Signal Protocol"dan istifadə edir. Gizlilik qabiliyyəti WhatsApp'ın sonuncu dəfə yenilənməsini istifadə edənlərə şamil edilir.“WhatsApp” istifadəçi sayını rekord həddə - 1 milyarda çatdırıb. Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən “Facebook Messenger"i ötüb.
Şirkətin son hesablamalarına görə, “WhatsApp” vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon video mesaj göndərilir. 2014-cü ilin fevralında isə tarixin ən böyük alqı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan “WhatsApp”ı “Facebook” şirkəti 19 milyard dollara satın alıb.
Mənbə: ANS PRESS