Ən böyük arzum Türkiyə və Azərbaycanı bir dövlət olaraq görməkdir. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ Ərzurumda Atatürk Universitetində çıxışı zamanı bildirib.“Türkiyə və Azərbaycanı tək dövlət olaraq görmək ən böyük xəyalımdır. Bir millət, iki dövlət əbəs yerə deyilmir. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərtlər uyğun olsaydı”, - deyə Başbuğ Azərbaycanla bağlı bildirib.
Başbuğ həmçinin Rusiya və Türkiyə arasında müharibənin başlama ehtimalının sıfra bərabər olduğunu qeyd edib.Başbuğ Türkiyədə terrorun bitirilməsi üçün bütün gücün birlikdə ortaya qoyulmasının lazım olduğunu vurğulayıb."Terror milli problemimizdir. Daxili siyasətə alət olmamalıdır. Üç səs əhəmiyyətlidir, yoxsa üç övlad? Diyarbəkirdə 3 milyon, İstanbulda 10 milyon adam toplaşıb PKK-nı, terrorçuları lənətləyərsə, onda bu bəla minimum səviyyəyə enər ", - deyə İlkər Başbuğ bildirib.Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğ 2013-cü il yanvarın 5-də “Ergenekon” işi ilə bağlı saxlanılmışdı. Daha sonra İstanbulun 13-cü ağır cəza məhkəməsinin qərarı ilə onun haqqında 2013-cü il avqust ayının 5-də həbs qəti imkan tədbiri seçilmişdi. Cəzasını Silivri həbsxanasında çəkən Başbuğ 2014-cü martın 7-də azad edilib. İstanbul məhkəməsi Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun azad olunması barədə qərar verib
Mənbə: ANS PRESS