Ermənistan Müdafiə Nazirliyi daha bir həlak olmuş əsgər haqqında xəbər verib. ANS PRESS-in məlumatına görə, bu barədə müdafiə nazirinin mətbuat katibi Arçrun Ovanisyan açıqlama verib.
Ermənistan müdafiə nazirliyi Dağlıq Qarabağdaöldürülmüş erməni hərbi qulluqçusunun şəkilini dərc edib və onun haqda məlumat verib. İnformasiyaya əsasən, 37 yaşlı İrəvan sakini Masis Tovmasyan cəbhəyə könüllü yola düşüb.
Bir qədər əvvəl qondarma Dağlıq Qarabağ "müdafiə nazirliyi" daha bir hərbi qulluqçusunun öldüyü barədə xəbər verib. Bildirilir ki, 1970-ci il təvəllüdlü Hamlet Xacoyan Talış istiqamətində hərbi hissələrdən birinin müdafiə mövqeyində öldürülüb.Dünən ermənilər aprelin əvvəlində cəbhə xəttində baş vermiş 4 günlük müharibə zamanı ölən ermənilərin sayı barədə növbəti dəfə açıqlama yayıb.Ermənistan Qarabağda son münaqişə zamanı 92 nəfərin həlak olduğunu bildirib."2-5 aprel Dağlıq Qarabağda döyüşlər zamanı təmas xəttində 64 hərbi qulluqçu və 13 könüllü həlak olub", - deyə mətbuat xidməti bildirib. Həmçinin ermənilər qeyd edib ki, həlak olanlar arasında 15 zabit, 15 müqavilə ilə xidmət edən hərbi qulluqçu, 34 əsgər, 11 könüllü və iki ehtiyatda olan hərbçi var. Bundan başqa bir zabit itkin düşüb."Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər". Müdafiə Nazirliyi bunu ANS PRESS-in cəbhə xəttində erməni tərəfinin son itkiləri ilə bağlı sorğusuna cavab olaraq bildirib. Nazirlikdən verilən məlumata görə, düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır.Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib ki, Qarabağda döyüşlər zamanı minimum 200 erməni hərbçi öldürülüb, 500-dən çoxu yaralanıb.
Mənbə: ANS PRESS