Qadin.NET / Mehriban Əliyeva İstanbulda dünyanı narahat edən məsələdən danışdı

Mehriban Əliyeva İstanbulda dünyanı narahat edən məsələdən danışdı

Mehriban Əliyeva İstanbulda dünyanı narahat edən məsələdən danışdı
Mehriban Əliyeva İƏT-in XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyada iştirak edib

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğuladı və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu dedi.

Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışdı, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirdi. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürdü.Sessiyada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da çıxış edib.

-Hörmətli xanım Əminə Ərdoğan.

Hörmətli birinci xanımlar.

Hörmətli tədbir iştirakçıları.

Hörmətli dostlar, xanımlar və cənablar.

Əvvəla hər birinizi salamlamaq, sizə sağlamlıq və xoşbəxtlik diləmək istəyirəm.

Hörmətli Əminə xanım, ölkələrimiz üçün önəmli mövzuya həsr olunmuş sessiyanı təşkil etdiyinizə və bu tədbirdə iştirak üçün dəvətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Qardaş türk torpağında, dostlar və həmkarlarım arasında yenidən olmağıma çox şadam.

Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xalqlarına dərin hörmətimi və ən xoş arzularımı çatdırıram.

Əziz dostlar, görüşümüzün məqsədi dünyanın ən ağır xəstəliklərindən biri olan xərçəng haqqında xalqlarımıza dolğun məlumatın verilməsidir. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan onkoloji diaqnoz – bir növ “ölümə məhkum edilməkdir”.Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir. Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir.

Bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi.

Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımlar atılıb. Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb, regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik.

Mənbə: ANS PRESS

15 aprel 2016
GO BACK