[center][/center]Rusiyanın Ermənistandakı səfirliyinin binasına etiraz aksiyası iştirakçıları tərəfindən yumurta və nədənsə xırda pul atılıb.
Milli.Az "Report"a istinadən bildirir ki, yerli əhali bu şəkildə Rusiyanın Azərbaycana silah satmasına etirazlarını bildiriblər.
Bir neçə yüz nümayişçi azad və müstəqil Ermənistan şüarları səsləndiriblər və hakimiyyətdən Avrasiya İqtisadi İttifaqından çıxmağı tələb ediblər.
Mənbə: Milli.Az