Buğa - əün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil, pul sizə hələ lazım olacaq.
Əkizlər -işləmək üçün yaxşı vaxtdır və sizə böyük uğurlar vəd edir. Vaxtında qəbul edilmiş düzgün qərar rəqiblərinizi qabaqlayaraq karyera pillələri ilə irəliləməyinizə imkan yaradacaq. Uzun müddət sizdən öz məqsədləri naminə istifadə edən şəxsi ifşa edə biləcəksiniz.
Xərçəng - maliyyə məsələlərinin həlli və kommersiya fəaliyyəti uğurlu olacaq. Xərçənglər çətin situasiyalarda düzgün qərarlar qəbul edir, rəqiblərinə (hətta onlar hiyləgər metodlardan istifadə etsələr belə) üstün gəlirlər.
Şir - şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür: yaxşılığa doğru dəyişiklik mümkündür. Təşəbbüs göstərə, hisslərinizi etiraf edə, nəyi istəyirsinizsə, məhz onu edə bilərsiniz. Dəyərli hədiyyələr, yaxınlarınızdan xoş sürprizlər ala bilərsiniz.
Qız - səhər uğursuz başlanır, bunun günahkarı təkcə şərait deyil, elə siz özünüzsünüz. Düzgün qərar vermək çox çətindir. Hərdən doğru yolu tapmaq üçün saatlarla fikirləşirsiniz. Şəxsi və məişət problemləri sizi işinizdən ayırır, elə səhvlər edirsiniz ki, müstəqil olaraq onları düzəltməyiniz mümkün olmur.
Tərəzi - hərdən müsbət tendensiyalar özünü göstərir, sizin də əsas vəzifəniz yaxşı məqamlardan vaxtında və düzgün istifadə etməkdir. Bunun üçün bəzi vərdişlərinizdən əl çəkmək lazım gələcək, amma peşman da olmayacaqsınız.
Əqrəb - çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır. Məsələn, dəstəyinə və anlayışına güvəndiyiniz adam özünü tamamilə başqa cür apararaq sizi incidə bilər.
Oxatan - əhəmiyyətsiz məişət problemlərini də gərəksiz yerə ürəyinizə salırsınız. Mənəvi tarazlığınızı bərpa etmək üçün təklikdə sakit bir məşğuliyyətlə başınızı qatmaq gərəkdir. Enerjiniz azdır, halsızlıq mümkündür.
Oğlaq - maliyyə çətinlikləri mümkündür: bunların öhdəsindən gəlmək olar, sadəcə, məsələyə düzgün yanaşmaq lazımdır. Bir çox Oğlaqlar bu gün bəzi ailə problemlərini yoluna qoya, qohumları ilə münasibətləri düzəldə bilərlər.
Dolça - xırda, amma yersiz anlaşılmazlıqlar çox olacaq, irəliləməyinizə maneçilik törədəcək. Ətrafınızdakılarla dil tapmaq çox çətindir - başqalarının özünə hədsiz inamı sizi qıcıqlandırır. Bu arada, elə siz özünüz də özünüzə çox güvənirsiniz. Uzunmüddətli biznes-plan qurmaq məsləhət deyil, çox güman ki, səhvlərə yol verəcəksiniz.
Balıqlar - çətin, amma məhsuldar gündür. Bəzən mənfi tendensiyaların təsiri özünü göstərir, amma siz onlarla mübarizə üçün qüvvənizi əsirgəmir və pis vəziyyətdən çıxış yolunu tez tapırsınız. İşdə uğurlar, karyera pillələri ilə qalxmağınız mümkündür. Bunun üçün təkcə müvəffəqiyyətlərinizi deyil, həmçinin cazibənizi də nümayiş etdirməli olacaqsınız.
Mənbə: Milli.Az