Qadin.NET / Bu dağa çıxan geri qayıtmır

Bu dağa çıxan geri qayıtmır

Bu dağa çıxan geri qayıtmır
Superstition dağları Arizonada yerləşir. Bir dağın adı özünə ancaq bu qədər uyğun gələ bilər.

Çünki dağa adını verən "Superstition", xurafat, mövhumat deməkdir. Dağ adı kimi bir çox batil inancla, əfsanələrlə doludur.Milli.Az Faktxəbər-a istinadən bildirir ki, bu dağda bir çox tarixi hadisələr baş verib. Qırmızıdərililər və ispanlar arasında baş verən müharibə kimi. Məlumata görə, 1891-ci ildə Yakob Valtz adlı bir alman köçkün, adı o zamandan bu yana İtkin Hollandiyalının Qızıl Mədəni adlandırılan nəhəng qızıl yatağını kəşf edib. Mədənin yerini ölənə qədər gizli saxlayıb. Ölüm ayağında isə bunu bir nəfərə söyləyib. Çoxsaylı səfərlərə baxmayaraq, sözügedən mədən heç vaxt tapılmayıb. Bəziləri orada qızıl axtararkən dünyalarını dəyişiblər. Bəs bu dağa çıxmaq axınını kim başladıb? Kkəşfiyyatçı Adolf Ruf digər qazmaçılar və kəşfiyyatçılar kimi qızıl axtarmaq üçün dağa ilk çıxan şəxsdir. Bu kəşfiyyatçıya aid olduğu güman edilən "VİNİ VİDİ VİCİ" adlı bir qeyd tapılıb. Mənası gəldim, gördüm, fəth etdimdir. İnsanlar Adolfun mədəni tapdığını güman edərək, dağa çıxıb. Hər kəs dağa çıxdığı üçün dağda rəqabət olub. Buna görə də, cinayətlər törədilib, dağa çıxanların başı qoparılıb, böyük əksəriyyəti isə itkin düşüb.

Mənbə: Milli.Az

 

 

14 aprel 2016
GO BACK