Qadin.NET / "Brilyant oğlan" evlənir

"Brilyant oğlan" evlənir

"Brilyant oğlan" evlənir
Azərbaycan karateçisi, dördqat dünya, on ikiqat Avropa çempionu Rafael Ağayevin ailə quracağı gün bəlli olub.

Milli.Az Lent.Az-a istinadən xəbər verir ki, tanınmış idmançı aprelin 17-də subaylığın daşını atacaq. O, Sumqayıtda yerləşən restoranların birində sevib-seçdiyi xanımla nikah masasına əyləşəcək. Rafael özəl gününə ölkənin ən tanınmış idmançılarını, şou-biznes ulduzlarını dəvət edib. Xatırladaq ki, R.Ağayevin nişanı ötən ay olmuşdu.Qeyd edək ki, R.Ağayev bu ilin əvvəlində müsahibəsində şəxsi həyatı barədə bu sözləri demişdi: "29 yaşımda münasibətdə olduğum bir xanım var idi. Ailə qurmaq istəmişdim. Müəyyən səbəblərdən qismət olmadı, ayrıldıq. Bu ayrılıqdan sonra ailə qurmaq haqda düşünməmişəm. Amma fikirləşirəm. İnşallah, qismət olarsa, ailə qurmağın vaxtıdır. Hər dəfə evdən deyirlər ki, ay Rafael, evlən".

Mənbə: Milli.Az

14 aprel 2016
GO BACK