Bütün Amerika bu kitabı oxuyur
Amerikada yeni nəşrdən çıxan “The Study Quran” - Yəni “Quranı Öyrən” kitabı yeni nəşr olmasına baxmayaraq çox populyardır. ANS PRESS-in ABŞ bürosunun məlumatına görə, buna səbəb kitabın müəllifi olan Seyyid Hüseyn NasirinQuranı yeni təfsirdə Amerika cəmiyyətinə təqdim etməsidir. Əslində kitaba gözlə baxılanda da aydın görünür ki, bizim tərcümədə oxuduğumuz kitabdan heç də fərqli deyil, fərq yalnız ondadır ki təfsirləri geniş verilibdir. Yəni bir ayənin, bir surənin təfsiri çox geniş formada Amerika cəmiyyətinə çatdırılıb.İslamafobiyanın mövcud olduğu Amerika Birləşmiş Ştatlarında İslam dininin yenidən tanıdılmasında öənmli yer tutduğu idda olunan kitabın müəllifləri hesab edirlər ki, yeni kitab İslam dinini Amerika cəmiyyətinə aydın formada çatdırmaqda kömək olacaq. Müəlliflər həm də nəşrləri ilə, İŞİD qruplaşmasının müqəddəs kitabdan öz çirkli əməllərində istifadə etməsinin qarşısını almağa çalışırlar.Kitabın əsas müəllifi olan iran əsilli Seyid Hüseyn Nasirin bioqrafiyası ondan xəbər verir ki, işi görən böyük din alimidir. "Corc Vaşinqton" universiteninin proffessoru olan 83 yaşlı alimnin şərhləri ilə həm də Quranın tərcüməsində daha dərinliklərə vardığı idda olunur. Vaşinqtonun mərkəzindəki kitab mağazasının satıcısı ilə söhbətimizdən o da məlum oldu ki, alıcıların marağı gözləniləndən çox olub.“Əslinə qalsa bu kitab mənim üçün də çox maraqlıdır. Bir çox insan məhz bu kitabı almaq üçün gəlirlər. Çünki bu kitab İslamın əsl mənasını başa salır. Siz bilirsiz indi mediada bir çox halda İslam haqqında xoş olmayan fikrilər yer alır. Bir çox insanlar İslamı pis görürlər. Əgər adamlar gəlib bu kitabı alıb oxuyrularsa və başa düşürlər ki, islam dini sülh dinidir.” – deyə Kitab mağazasının işçisi Zeynəb bildirir. “Quranı Öyrən” kitabı bu dəqiqə ən çox alınan kitablar sırasındadır. Qiyməti də ucuz deyil. 70 dollar.“Bu çox yaxşı kitabdır. Bu çox oxunan kitablar sırasındadır. Bu kitabda İslam dini haqqında düzgün olan çoxlu informasiya var. Və mənə elə gəlir ki, bir çox insan bu kitabı oxuyacaq, xüsuilə indiki zamanda.” – deyə alıcı Nur Davud qeyd edib.Amerikalı alimlərin ilk dəfə olaraq İslam dininin geniş araşdırılmasında iştirak etməsi də amerikalılar üçün qaranldıq qalan məsələlərə işıq sala bilər. Kibatın özəlliyi həm də onldan ibarətdir ki, burda təfsirlə yanaşı şərhlər də geniş yer alıb.
14 aprel 2016
GO BACK