Marqanisdən yaraların təmizlənməsi (Bəzi mütəxəssislər yoddan deyil, məhz marqanisdən istifadəni təkid edirlər) üçün də istifadə olunur.Yüngül qatışığından zəhərlənmə zamanı mədəni yumaq üçün, xəstələnəndə isə boğazı qarqara etmək üçün istifadə olunurdu.Əgər bir neçə il öncə bu məhlulu istənilən aptekdə tapmaq mümkün olurdusa, bu gün kalium permanqanatı praktik olaraq tapmaq mümkün deyil. Bəs bunun səbəbi nədir?Milli.Az Faktxəbər.Az-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:Məlum olub ki, bunun bir neçə səbəbi var.Birincisi bu preparatdan bəzi narkotik vasitələrin, məsələn "vint"in hazırlanmasında istifadə olunurBu narkotikin necə hazırlanmasını çox az adam bilir. Lakin marqanisin narkotik hazırlayarkən güclü katalizator olduğu, hətta məktəblilərə də məlumdur.İkinci səbəb təhlükəsizlik tədbirləri ilə bağlıdır: maddə partlayıcılıq xüsusiyyətinə malikdir. Bütün apteklər marqanis satmaq üçün uyğun şəraitlə təmin olunmayıb. Onun saxlanılması üçün aptek müəssisəsi ya metal qalxanlara və qapı çərçivələri ilə bölünməli, ya da xüsusi oda davamlı maddə ilə hopdurulmuş olmalıdır. Bu cür tibbi avadanlıqların vitirinə qoyulması qadağandırBundan başqa bəzi insanlar bu maddənin köməyi ilə özlərinin və başqalarının həyatına təhlükə yarada bilərlər.Ancaq, ümumiyyətlə, apteklərdə bu maddəyə ciddi nəzarət olunmasına səbəb kimi, əsasən, birinci variant əsas götürülür.Qeyd edək ki, Ukrayna və Belorusiya kimi ölkələrdə isə bu maddənin satışı, ümumiyyətlə, qanunla qadağan olunub. Bu səbəbdən bəzi xarici ölkələrdə gömrükdə insanın üstündən bu maddənin tapılması narkotik qaçaqmalçılığı kimi qeydiyyata salınmaqla nəticələnə bilər.
Mənbə: Milli.Az