O bildirib ki, hazırda Bakı Səhiyyə Mərkəzində işləyən proqramın rayonlarda icrası üzərində iş aparılır.L.Rzaquliyevanın sözlərinə görə, hazırda bir neçə ana var ki, onların vəziyyəti kritikdir. Kritik vəziyyətdə olanlar daha çox Respublika Kliniki Xəstəxanasına, 3 saylı Sabunçu və 1 saylı Klinki Tibbi Mərkəzə müraciət edirlər: "Bir neçə xəstənin hamiləliyi ağırlaşıb. Onlar da bu vəziyyətdən çıxacaqlar. Təəssüf ki, bu ağırlaşmalardan çıxmayanlar da olur. Çox gec müraciət edənlər var ki, onlar üçün artıq gecdir. Xəstələr qaraciyər, böyrək çatışmazlığının ən gec formasında müraciət edirlər. Bu zaman isə ağırlaşma bütün orqanlara öz təsirini göstərir. Hazırda bir belə xəstəmiz var. Onun sağ qalması üçün çalışırıq", - deyə Leyla Rzaquliyeva bildirib.
Mənbə: Milli.Az