Qadin.NET / KİV haqqında qanun DƏYİŞİR

KİV haqqında qanun DƏYİŞİR

 

KİV haqqında qanun DƏYİŞİR

Cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək.

 

"Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişiklik edilir.  
Milli.Az anspress-ə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında qeyd olunub ki, sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək.Həmçinin yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.Qanuna belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır."Mətbuatda məlumat, informasiya yayan jurnalistə zahirən belə görünə bilər ki, biz onların hansısa imkanlarını məhdudlaşdırırıq. Amma əksinə bu aparılan tətqiqat işlərinin məxviliyinin, onların nəticələrinin obyektiv, ədalətli şəkildə ortaya çıxmasını zəruriləşdirir", - deyə komitə sədri Rafael Hüseynov bildirib.

Mənbə: Milli.Az

13 aprel 2016
GO BACK