Çinli alimlər yağışdan enerji istehsal edən panel hazırlayıblar. ANS PRESS-in məlumatına görə, yağış damcılarını elektrik enerjisinə çevirən günəş panellərinin istehsalına artıq başlanılıb.
Yağışlı havalarda, günəş enerjisi hüceyrələri məhsuldarlığını itirir. Alimlərin inkişaf etdirdiyi atom incəliyində olan qrafen qat, yağış damcılarını elektrik enerjisinə çevirə bilir. Beləliklə, panelləri günəşin görünmədiyi ən qaranlıq günlərdə belə yağış yağdığı zaman enerji istehsal etməyə davam edə bilir.Su qrafenə yapışdığından təbii bir kondensator halına gəlir. Qrafenin elektronları ilə sudakı ionlar arasında enerji fərqi, elektrik istehsal etməyə imkan verir. Problem isə texnologiyanın hazırkı halında çox da məhsuldar olmamasıdır. Panel gələn enerjinin yalnız 6.5%-ni enerjiyə çevirə bilir. Bu da 22%-li panellərə nisbətdə onun geri qalması deməkdir.Araşdırmaçılar yeni qrafen qablı hüceyrələrin performansını yüksəltməyə başalayarsa, günəş enerjisindən faydalanmaq üçün günəşli yerlərdə yaşamaq məcburiyyətindən qurtulmaq olar.
Mənbə: ANS PRESS