Qadin.NET / Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.

Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.

Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Ötən gün prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncama əsasən, bu vəzifəyə Məleykə Abbaszadə təyin olunub. Məleykə Abbaszadə Prezident tərəfindən ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.Ötən gün prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.TQDK ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılıb. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilirdi. Komissiyaya Məleykə Abbaszadə rəhbərlik edirdi.

Mənbə: ANS PRESS

 

12 aprel 2016
GO BACK