Belə ki, Daxili İşlər Nazirliyinin elektron ödənişlər sistemində yeniliklər edilib. Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinin elektron informasiya sistemində yeni elektron xidmət yaradılıb.Milli.Az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, sürücülərin öz cərimələri haqqında məlumat əldə etmək imkanları genişlənir. Bu məqsədlə Daxili İşlər Nazirliyinin elektron ödənişlər sistemində dəyişikliklər edilib.Bununla yanaşı Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində yeni elektron xidmət kabineti də yaradılıb.Sistemə daxil olmaq üçün e-xidmet.mia.gov.az və e-payment.mia.gov.az linklərində daxil olub qeydiyyatdan keçməlidirlər.Yeni elektron xidmət kabineti asan ödəniş sistemindən daha geniş olması ilə fərqlənir.
Mənbə: Milli.Az