Qadin.NET / TQDK ləğv olundu

TQDK ləğv olundu

TQDK ləğv olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

Dövlət qulluğu üçün kadrların seçilməsini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılsın.

2. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir:

3.1. Nizamnamənin təsdiqi;

3.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilməsini təmin etsin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll etsin;

8.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin mərhələdə fəaliyyətini Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər hesabına təmin etsin.

9. Ləğv edilənədək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv etmək səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilsin.

10. Azərbaycan Respublikası Vergilər Nazirliyi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəzin müstəqil balansı, banklarda hesablaşma və digər hesabları, üzərində öz adı həkk olunmuş möhürü, ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.5. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin vəzifələri

2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır:

2.1.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirilməsini təşkil edir və onun şəffaflığını təmin edir;

2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir.

2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir;

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirir;

2.1.5. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

2.1.6. yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirir;

2.1.7. imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, təsdiq edir;

2.1.8. ölçmə-qiymətləndirmə materiallarının nümunələrini rəy bildirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir;

2.1.9. təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir;

2.1.10. tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradır;

2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir;

2.1.12. Azərbaycan Respublikasının Prezidentinə tələbə qəbulu ilə bağlı vaxtaşırı məlumat və hesabatlar təqdim edir;

2.1.13. qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaradır və onların fəaliyyətinə nəzarət edir;

2.1.14. abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul kampaniyası zamanı yol verilmiş pozuntu halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verir;

2.1.15. müasir informasiya texnologiyaları tətbiq etməklə, tələbələr və magistrlər haqqında informasiya resurslarını formalaşdırır və onların analitik təhlilini aparır;

2.1.16. ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirir;

2.1.17. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və müvafiq tədbirlər görür.

3. Mərkəzin hüquqları

3.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

3.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;

3.1.3. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək;

3.1.4. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.1.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq;

3.1.6. konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.1.7. qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

3.1.8. müxtəlif qurumların (şəxslərin) müraciəti əsasında tələb olunan sahədə şəxsin bilik səviyyəsini qiymətləndirmək;

3.1.9. test bankının formalaşdırılması, elmi-metodik və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik seminarlar təşkil etmək;

3.1.10. abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etmək;

3.1.11. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq, bu materialları təqdim etmək və ya dərc etmək;

3.1.12. yaradılmış test bankının mütəmadi təftişini aparmaq;

3.1.13. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, abituriyentlərə metodik materialların çatdırılması üçün özünün mətbu orqanını təsis etmək, jurnal, bülleten və digər nəşrlər dərc etmək;

3.1.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə, o cümlədən beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin etmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası (bundan sonra - Şura) idarə edir.

4.2. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.

4.3. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.

4.4. Şuranın səlahiyyətləri aşağıdakılardır:

4.4.1. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək;

4.4.2. Mərkəzin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək;

4.4.3. Mərkəzin strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;

4.4.4. Mərkəzə əlavə maliyyə vəsaitinin cəlb olunmasına və onun maddi-texniki bazasının təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.4.5. Mərkəzin maliyyə fondunda toplanmış vəsaitin sərmayə kimi yatırılması və əlavə gəlir əldə edilməsi ilə bağlı təkliflər vermək;

4.4.6. Mərkəzin illik büdcəsinə və onun icrasına nəzarət etmək;

4.4.7. Mərkəzin fəaliyyəti, əmlakından istifadə barədə qərar qəbul etmək;

4.4.8. Mərkəzin illik audit nəticələrinə dair təkliflər vermək;

4.4.9. dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək;

4.4.10. Mərkəzin vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirmək;

4.4.11. Mərkəzin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələri və Mərkəzin daxili intizam qaydalarını qəbul etmək.

4.5. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:

4.5.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

4.5.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

4.5.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

4.5.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;

4.5.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.

4.6. Şura üzvləri:

4.6.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

4.6.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

4.6.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.

4.7. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

4.8. Şuraya Şura sədri rəhbərlik edir.

4.9. Şura sədri olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Şura sədri tərəfindən sədr müavinlərindən birinə həvalə edilir.

4.10. Şuranın sədri:

4.10.1. Mərkəzin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

4.10.2. Mərkəzin fəaliyyəti barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə hesabatlar və məlumatlar verir;

4.10.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq edir;

4.10.4. səlahiyyətləri çərçivəsində Mərkəzin aparatının və tabeliyindəki qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

4.10.5. imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaradır, onların say və şəxsi tərkibini, iş reqlamentini müəyyən edir;

4.10.6. Mərkəzi dövlət orqanları və təsМ§kilatları, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.10.7. Mərkəzin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində Mərkəzin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;

4.10.8. Mərkəzin adından əqdlər bagМ†layır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;

4.10.9. Mərkəz aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görür;

4.10.10. Şuranın qərarlarını təsdiq edir;

4.10.11. Mərkəzin isМ§çiləri ilə əmək müqavilələri və digər müqavilələr bagМ†layır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

4.10.12. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və onlara sədrlik edir;

4.10.13. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

4.10.15. Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;

4.10.16. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;

4.10.17. Mərkəzin illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;

4.10.18. Mərkəzin maliyyə fonduna və onun fəaliyyətinin bütün istiqamətlərinə nəzarət edir;

4.10.19. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.11. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

4.11.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

4.11.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğunsuzluğu aşkar edildikdə;

4.11.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;

4.11.4. ardıcıl olaraq dörd dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

4.11.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

12 aprel 2016

GO BACK