Qadin.NET / Şahzadə ailəsi hindli məşhurlarla görüşdü

Şahzadə ailəsi hindli məşhurlarla görüşdü

Şahzadə ailəsi hindli məşhurlarla görüşdü
Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı Kembric hersoginyası Keyt Midlton Hindistana səfərləri çərçivəsində Bollivud ulduzları ilə görüşüblər. ANS PRESS-in məlumatına görə, şahzadə ailəsi Mumbayda keçirilən “Great Tech Rocketships Awards 2016-2017” tədbirinə qatılıblar. Hindistanın fəxri qonaqları ölkənin ulduzları ilə birgə nahar ediblər.Tədbirdə istetadlı sahibkarlar mükafatlandırılıblar. Mükafatlanan sahibkarlar isə Böyük Britaniyaya getmək şansı qazanıb. Onlar ingilis həmkarları ilə təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər və öz layihələri üçün maliyyə tapmaq imkanı olacaq. “Tac-Mahal” otelində baş tutan gecədə Hindistanın məşhur müğənniləri, rəqqas və aktyorları kral ailə üzvləri ilə görüşüblər. Onların arasında Aişvariya Ray BaçanŞahrux XanMadhuri DixitSanem Kapur kimi tanınmışlar olub. Gecədə Keyt mavi libası və aksesuarları ilə göz oxşayıb.
Şahzadə ailəsi hindli məşhurlarla görüşdü

Şahzadə ailəsi hindli məşhurlarla görüşdü

Mənbə: ANS PRESS

11 aprel 2016
GO BACK