Qadin.NET / İnvestorlar Qarabağdan qaçırlar

İnvestorlar Qarabağdan qaçırlar

 

İnvestorlar Qarabağdan qaçırlar

Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və onun ətraf rayonlarında aprelin əvvəlindən yaranmış vəziyyət bu əraziyə investisiya qoyan xarici şirkətlərin ciddi narahatlığına səbəb olub.

 

Milli.Az AXAr.Az-a istinadən bildirir ki, Ermənistan KİV-də yayılan xəbərlərə görə, 4 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Sünik şəhərindən Ağdərə rayonuna gedən terrorçuların avtobusunu müasir radar sistemindən yayına bilən "özü partladan pilotsuz uçan aparat" vasitəsi ilə məhv etməsi bu ərazidəki strateji obyektlərin, həmçinin qızıl mədənlərinin təhlükəsizliyini gündəmə gətirib.
Hadisədən dərhal sonra Ağdərədə fəaliyyət göstərən Drombon qızıl-mis və Kaşen mis-molibden mədənlərinə investisiya qoyan, orada qeyri-qanuni fəaliyyət göstərən "Vallex Group" və onun tərkib hissəsi olan "Base metals" şirkətlər qrupu qondarma Dağlıq Qarabağ hökumətinə narahatlığını ifadə edib.
Şirkət müasir radar sistemindən yayına bilən bu silahdan mədənlərə qarşı istifadə olunacağı təqdirdə təhlükəsizlikləri ilə bağlı tədbirlərin görülməsini tələb edib, əks təqdirdə bölgəni tərk edəcəklərini bildirib.
Qeyd edək ki, Drombon mədəni Ağdərə rayonunun Heyvalı (Drombon), Kaşen zavodu isə Ağdərə rayonunun Çiçəkli kəndində yerləşir. Hər iki mədən böyük qızıl, mis-molibden ehtiyatlarına malikdir və böyük həcmdə gəlir gətirən sahə hesab olunur.

Mənbə: Milli.Az

11 aprel 2016
GO BACK