Qadin.NET / Şəhid pilotlarımız son "eniş"lərini edirlər

Şəhid pilotlarımız son "eniş"lərini edirlər

Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Azərbaycanın şəhid pilotları ilə vida mərasimi başlayıb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, 4 günlük müharibə zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Mərasim Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunub. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

Mənbə: Milli.Az

11 aprel 2016
GO BACK