Qarabağda baş verən son hadisələr Ermənistan üçün ölümcül həyat dərsidir. ANS PRESS-in məlumatına görə, tanınmış erməni portalı “Lragir” 2-5 aprel günlərində qoşunları təmas xəttində baş vermiş qarşıdurmaya həsr edilmişməqalələrdən birini belə adlandırıb.Məqalə müəllifi Naira Ayrumyan aprelin 2-də başlamış və 4 gün davam etmiş döyüşlər nəticəsində Azərbaycan odusunun Ermənistanın 20 il ərzində möhkəmləndirdiyi istehkamları yararaq strateji yüksəklikləri ələ keçirməsinin İrəvana bir neçə istiqamətdə zərbə vurduğunu bildirib. Onun fikrincə, Ermənistan ictimaiyyəti anlayıb ki, ölkələri müstəqil dövlət deyil, müstəmləkədir: “Ermənistanın müttəfiqləri yoxdur, sadəcə Ermənistanı istiqlaliyyətdən məhrum edərək müstəmləkəyə çevirmiş metropoliya - Rusiya var”.Jurnalistin fikrincə, Ermənistanın diplomatiyası da yoxdur: “Ermənistanın xarici siyasəti də metropoliyaya işləyir - öz maraqlarını irəli sürmür, öz xalqını qurban verir”.
Naira Ayrumyan düşünür ki, Ermənistanda siyasətçi xüsusiyyətlərinə malik rəhbərlər yoxdur: “Demək olar ki, bir il gizlətdilər ki, Rusiya kreditə vəd etdiyi yüksək dəqiq silahları göndərmir”.Məqalədə dördüncü ölümcül dərs kimi Ermənistanın xarici müdafiə siyasətinin olmamasının aydın olduğu bildirilir: “İsraillə, o cümlədən, yüksək texnologiya sahəsində əlaqə qurmaq əvəzinə, biz İsraliə düşmən ərəb dövlətləri ilə dostluq edirik, çünki indi ərəblər Rusiyanın müttəfiqləridir”.
Mənbə: ANS PRESS