Qadin.NET / Şəhid oğlu qol vurdu, əsgər salamı verdi

Şəhid oğlu qol vurdu, əsgər salamı verdi

Şəhid oğlu qol vurdu, əsgər salamı verdi
Bu gün Premyer Liqasının XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib.

ANS PRESS-in məlumatına görə, "İnter Arena"da keçirilən bu görüşdən əvvəl futbolçular meydana əsgər formalarında olan uşaqlarla və "Şəhidlər ölməz, vətən bölünməz" pankardı ilə çıxıblar.Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Maraqlıdır ki, görüşdə yeganə qolu da şəhid oğlu vurub.Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş Ərşad Nadirovun oğlu Vüqarın 64-cü dəqiqədə vurduğu qol "İnter"ə qələbə qazandırıb. Vüqar Nadirov qol sevincini əsgər salamı etməklə qeyd edib.

Mənbə: ANS PRESS

10 aprel 2016
GO BACK