Qadin.NET / Antiterror əməliyyatlarında erməni xüsusi təyinatlıları məhv edildi

Antiterror əməliyyatlarında erməni xüsusi təyinatlıları məhv edildi

Antiterror əməliyyatlarında erməni xüsusi təyinatlıları məhv edildi
Türkiyənin cənub şərqində PKK terror təşkilatına qarşı aparılan antiterrror əməliyyatları zamanı öldürülən 7 snayperçinin Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu məlum olub. ANS PRESS-in haber7.com saytına istinadən verdiyi məlumata görə, bu barədə fikirlərini paylaşan  terror üzrə beynəlxalq ekspert, ehtiyatda olan zabit ,professor Məsut Haqqı Caşin erməni terror təşkilatı ASALA ilə PKK arasındakı dərin tarixi köklərə diqqət çəkib.“ASALA" bitməyib. O,  silahlı terror hərəkatı PKK-ya çevrilib. Mən də bölgədə zabit olaraq vəzifəmi yerinə yetirmişəm. PKK-nın bəzi qolları “ASALA" dan  təşkil olunub. Son iki üç ayda baş verən toqquşmalarda  ölən PKK snayperlərinin yeddisi erməni zabitidir. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin cənazələrinin Ermənistana aparılmaması, həmin ölkə ilə PKK arasında problem yaranmasına səbəb oldu”.

Caşin daha sonra bildirib ki, ölkəsi 2023-cü ilə qədər PKK, PYD ve Asala Türkiyənin böyüməsinə  əngəl törətməyi hədəfləyib:“Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına səfəri zamanı PKK, PYD və ASALA münasibətlərinə diqqət çəkmişdi. Türkiyə-Ermənistan və PKK/PYD problemlərini birlikdə müzakirə etmək lazımdır.  Bu təşkilatların birlikdə hərəkət etməsi bütün bu gərçəkləri doğruluyur”.

Mənbə: ANS PRESS

 

10 aprel 2016
GO BACK