Cəbhədəki döyüş meydanından meyitlər çıxarılacaq - növbəti razılıq
Milli.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
Mənbə: Milli.Az
9 aprel 2016
GO BACK