Qadin.NET / "Azərbaycanla və Azərbaycan xalqı ilə bir yerdəyik"

"Azərbaycanla və Azərbaycan xalqı ilə bir yerdəyik"

"Azərbaycanla və Azərbaycan xalqı ilə bir yerdəyik"
Azərbaycan Respublikası dünyəvi ölkədir və islam dünyasının tərəqqi mayakıdır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının tərəfindəyəm. Bu münaqişədə son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvoya dözməyəcək. Odur ki, Azərbaycanın mövqeyini beynəlxalq hüquq normalarına cavab verən ədalətli mövqe hesab edirəm. Bu sözləri İsrailin Akko şəhərinin meri Şimon Lankri Azərtac-a məxsusi müsahibəsində söyləyib.

Biz israillilər müharibə və terrorun nə olduğunu çox gözəl bilirik. Başçılıq etdiyim şəhərdə bir neçə il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Xocalı şəhərinə qanlı faciəyə həsr olunmuş səyyar sənədli fotosərgi ən yüksək səviyyədə keçirildi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, onların barbarlığından söz açan bu fotosərgi şəxsən məni çox sarsıtdı. Ümidvaram ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad ediləcək və Azərbaycan qaçqınları doğma ocaqlarına qayıdacaqlar".Akko şəhərinin meri həlak olmuş Azərbaycan əsgərlərinin ailələrinə və Azərbaycan xalqına İsrail Dövləti və xalqı adından başsağlığı verərək, onların dərdinə şərik olduqlarını və kədərləndiklərini bildirib. O deyib: "Azərbaycan tarixinin bu ağır və həlledici məqamında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və yaxınlarına İsrail xalqı adından, İsrailin Akko şəhərinin meriyası adından, Akko şəhərinin çoxsaylı Azərbaycan icması adından dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik olduğumu və kədərləndiyimi bildirmək istəyirəm".Ş.Lankri qeyd edib ki, Azərbaycan xalqının mehribanlığını və qonaqpərvərliyini, tolerantlığını və multikulturalizmini bir il əvvəl Azərbaycanda olarkən şəxsən hiss edib. O deyib: "Azərbaycan adlı bir ölkəni mənim üçün məhz Azərbaycandan gəlmələr və Azərbaycan dağ yəhudiləri icmasının başçısı Nexemiya Şirin Mixaeli tanıtdılar. Onlar İsraildə həmişə fəxrlə bildirirlər ki, Azərbaycanda antisemitizm heç vaxt olmayıb və oradakı yəhudilər özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər. Yəhudilərə mehriban və səmimi münasibəti gəlib öz gözümlə görməyim məni ruhlandırdı. Mən fəxr edirəm ki, Azərbaycanın dostuyam".Akkonun meri qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid bəsləyir. O, fikrini belə yekunlaşdırıb: "İsrail Dövləti dəfələrlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycanla və Azərbaycan xalqı ilə bir yerdədir".

Mənbə: Milli.Az

 

9 aprel 2016
GO BACK